Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkib - FOTO

Paşinyan Azərbaycanda yeni açılan erməni kilsəsinə baş çəkib – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistan prezidenti Armen Sarkisyanın ardınca təcavüzkar ölkənin baş naziri Nikol Paşinyan da işğal altındakı Azərbaycan torpaqlarında kilsəyə baş çəkib. 

“A24.az” “Moderator.az”a istinadən xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.

Müdafiə naziri David Tonoyanla birgə iyunun 16-ı səhər saatlarında yenə də helikopterlə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gələn Nikol Paşinyan ilk növbədə Xocavənd rayonunun Çartar kəndində yeni tikilən “Surb Vardanak” kilsəsini ziyarət edib. O, separatçı rejimin başçısı Bako Saakyan və rejimin keşişi Parqev Martirosyanın müşayiəti ilə kilsənin açılış mərasiminə qatılıb. Məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeğoyan təsdiq edib.

Xəbərdə qeyd edilir ki, sözügedən kilsə 2014-cü ildən əslən Çartar kəndindən olan Rusiyadakı iş adamı Vladimir Avaqyanın maliyyəsi hesabına tikilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Dünya, Siyasət, Din, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar