"Paşinyana tənqidi münasibət bəsləsə də..." Politoloq Putinin Azərbaycana səfərini şərh etdi

“Paşinyana tənqidi münasibət bəsləsə də…” Politoloq Putinin Azərbaycana səfərini şərh etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri və verdiyi açıqlamalar nə ilə yadda qaldı?

A24.Az xəbər verir ki, bu sualı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edib. Poliq bildirib ki, birincisi, Rusiya prezidenti Vladimir Putin Azərbaycana sentyabrın 25-də gəlməli idi, ancaq iki gün sonra gəldi: “Bundan başqa səfərin 3 gün davam edəcəyi bildirilmişdi. Ancaq Putinin Azərbaycana səfəri bir gündən də az çəkdi. Bu ondan xəbər verir ki, Putinin Azərbaycana səfəri simvolik – əvvəlcədən planlaşdırılan toplantıda iştirak xarakteri daşıyırdı. Buna baxmayaraq, Rusiya prezidenti çalışır ki, heç olmazsa ildə bir dəfə Azərbaycana gəlsin. Statistik da bundan xəbər verir. Putin son 5 il ərzində 4-cü dəfədir Azərbaycana gəlir. Vladimir Putin gələn ay yenə Bakıya gələcək. O, Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Humanitar Forumda iştirak edəcək. “Azərbaycanla əməkdaşlıq Rusiya üçün çox vacibdir” – bu Putinin Bakıda dediyi əsas fikir oldu”. Siyasi şərhçi qeyd edib ki, ikincisi, Vladimir Putinin Azərbaycana səfəri sırf iqtisadi əməkdaşlıqla bağlı idi. Vladimir Putin IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək üçün Bakıya gəlmişdi. Putin iki ölkə arasındakı iqtisadi və ticarət əməkdaşlığından razıdır. Bu baxımdan mövcud vəziyyəti əks etdirəm faktorları sadalaya bilərik: – Azərbaycan Rusiya ilə birgə “Şimal-Cənub” nəqliyyat dəhlizini reallaşdırır. Putinin sözlərinə görə, bu yol Avropa və Asiyanı bir-birinə daha da yaxınlaşdıracaq; – Samur çayı üzərindən Azərbaycanı Dağıstanla birləşdirəcək körpünün tikintisi ilə bağlı razılıq var; – Xəzər dənizində Azərbaycan və Rusiya limanlarını birləşdirəcək kruiz səyahətləri həyata keçiriləcək; – “Rosneft” və SOCAR “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq; – Azərbaycan milli aviaşirkəti Rusiyanın müxtəlif şəhərlərinə həftədə 50-dən çox reys həyata keçirir; – Rusiyadan Azərbaycana gələn turistlərin sayı artır. 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib; – Rusiya ilə əməkdaşlıq sayəsində Azərbaycanda artıq “KamAZ”, “Ural” avtomobilləri buraxılır; – Rusiyanın 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları var. Rusiyanın regionlarının Azərbaycanda ticarət nümayəndəlikləri açılır. Elxan Şahinoğlu bildirib ki, üçüncüsü, Vladimir Putin Bakıda onu da vurğuladı ki, rus dilinin Azərbaycanda dövlət səviyyəsində dəstək almasından məmnundur: “Azərbaycanda 300-dən artıq məktəbin rus dilində tədris verdiyini xatırladan Putinin bu cümləsi də diqqətçəkici idi: “Ən əsas dəstək insanların ürəyində və beyinlərindədir”. Yəni Putin demək istədi ki, Azərbaycan vətəndaşları rus dilində tədrisə dəstək verirlər. Əlbəttə, Rusiya və prezidenti üçün bu böyük uğurdur, ölkəsinin dili başqa ölkədə geniş təbliğ olunur, ancaq bunun Azərbaycan üçün nə qədər uğur olduğu düşündürücüdür”. Politoloq qeyd edib ki, dördüncüsü, Vladimir Putin Bakıda Qarabağdan danışmadı: “Bəlkə də Putin Azərbaycan Prezidenti İlham Əliyevlə qapalı görüşdə bu məsələyə toxundu. Ancaq bütün hallarda Vladimir Putinin Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu söyləmək çətindir. Rusiya prezidenti Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığını genişləndirmək, birgə layihələr reallaşdırmaq və Azərbaycanın Rusiyadan daha çox hərbi texnika almasını istəyir. Ancaq Putin Qarabağ haqqında danışmaq istəmir. Çünki Putin Ermənistanın hazırki baş naziri Nikol Paşinyana tənqidi münasibət bəsləsə də, Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqları əleyhinə addım atmaq istəmir. Rusiya ilə iqtisadi, ticari və müəyyən limit çərçivəsində hərbi əməkdaşlıq Azərbaycan üçün faydalıdır. Rusiya Azərbaycanın kənd təssərrüfatı malları üçün ən münbit bazardır. Buna baxmayaraq, Rusiyanın işğalçı Ermənistanı silahlandırması və Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməməsi Azərbaycan cəmiyyətində mənfi qarşılanır”.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar