Paytaxt sakinləri bədənlərinin hansı hissəsinə necə döymələr etdirir? – TATU USATASI DANIŞIR – VİDEOMÜSAHİBƏ

Kimlərsə bunu günah sayır, kimlərsə sənət. Bu addımdan sonra peşman olanlar da var, bir ömür onunla fəxr edənlər də. Söhbət bədənə döyülən rəsmlərdən – Tatudan gedir.
Ən çox yeniyetmə və gənclərin marağında olan tatu işi bu gün Bakıda vüsət almaqdadır.

A24.Az –ın əməkdaşı təhsilli tatu ustası Tuncay Həsənoğluyla görüşüb.tatu-1
Tuncay 2005-ci ildə tatu işi üzrə təhsil alıb və 2006-cı ildən insanların bədənlərinə arzuladıqları rəsmləri, işarələri döyməklə məşğuldur. O, ailə həyatı qurduqdan sonra xanımlara tatu etmədiyini deyir.

Ustaya müraciət edənlər arasında hərbi-xidmətdə və ya başqa təcrübəsiz şəxslər tərəfindən döyülmüş səliqəsiz tatuları dekonstruksiya etdirənlər də var.
Bəlkə də insanın bu dünyadan özü ilə apara bildiyi yeganə şeydir tatu. Tuncay Həsənoğlu ona görə müştərilərinə bu yöndə yüz ölçüb, bir biçməyi məsləhət görür:
“Bu, sizinlə ömrünüzün sonuna qədər yaşayacaq bir şeydir. O səbəbdən buna layiq olan bir şey seçməlisiniz”.tatu-2
Tuncay tatunun İslam dini yönündən günah olması fikri ilə də razı deyil: “Tatunun yaşı 60 min ildən çoxdur. O vaxt nəinki İslam, heç bir dinin əsası qoyulmamışdı. Lap qədimdə əsgəri, ağanı, qulu bir-birindən ayırmaq üçün tatulardan istifadə ediblər. Tatu gözəllikdir, bu, heç vaxt günah ola bilməz. Mən bir başa Sistani ağanın rəsədxanasına e-mail yazıb cavab almışam ki, tatu günah deyil. Günah yalnız bədənə dini ifadələrin, ayələrin yazılması, bir də çılpaqlığı nümayiş etdirən tatulardır”.
Bakıda xanımların daha çox bilək, qol nahiyyəsinə tatu etdirdiyini deyən Tuncay “Azərbaycan xanımına tatu yaraşdırırsınız?” sualına da müsbət cavab verir:
– Mən tatunu hər kəsə yaraşdırıram.
– Xanımınızda tatu var?
– Yoxdur. Amma istəsə ola bilər. Mən ona belə qadağalar qoymamışam. İstəsə onun üçün də sevə-sevə tatu edə bilərəm.

Tuncay Həsənoğlu qeyd edir ki, 5 il öncə bu sahə çox da inkişaf etməmişdi: “Rəngarənglik yox idi. Kim başqasında hansı rəsmi görsə, onu istəyirdi. İndi isə eskiz çəkən rəssamlarımız da var, gözəl naxışlı, rəsmli tatular edirik”.tatu-3
Bəzi insanlar bədənlərinə tatu etdirdikdən sonra peşman olurlar. Tuncay deyir ki, bu daha çox dövlət işində işləmək istəyən şəxslərin başına gəlir: “Mən bilmirəm, tatulu insan dövlət işində niyə işləyə bilməz. Amma bu yöndən peşman olanlar var”.

Tatunun qiyməti çəkiləcək rəsmin, naxışın xırdalıqlarına görə müəyyən olunur. Detalları çox olan işarələrin tatu edilməsi ustanın zamanını daha çox alır, eyni zamanda belə işi görmək olduqca səbr və bacarıq tələb edir: “Minimum qiymət 50 AZN-dən başlayır. Bu qiymətdən aşağı tatu edilmir”.
Tuncay Həsənoğlu deyir ki, bir şəxsə vurduğu tatunu digərinə işləmir. “İnsanlarda eyniliyin olması yaxşı deyil. Bakıda bəlkə yarım milyon kişidə canavar tatusu var. Hər kəsin öz ideyası, kreativliyi olmalıdır.
Tatu ustası deyir ki, intim yerlərinə tatu etdirmək istəyən kişilər, qadınlar da olur. Ancaq o, bu işlərdən imtina edir.

Hazırladı: Sərdar Amin

Müxbir: Aynur Ələkbər

Operator: Fərid Orucov

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR