A24 Xeber

Paytaxtda bina yandı, sakinlər təxliyə edildi

Paytaxtda bina yandı, sakinlər təxliyə edildi
142
08 Noyabr 2018 - 21:48
Bakı şəhərinin Pirallahı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

A24.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00