Paytaxtda Dövlət Bayrağı Gününə həsr olunan veloyürüş keçirildi - FOTOLAR

Paytaxtda Dövlət Bayrağı Gününə həsr olunan veloyürüş keçirildi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) dəstəyi ilə 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib.

“A24.az”ın məlumatına görə, yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nin velosiped klubunun və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.

DTX-nin binası qarşısından start götürən veloyürüş Heydər Əliyev Sarayının qarşısında başa çatıb. Yürüşə qatılan 200-dən artıq velosipedçi 12 kilometr məsafə qət edib.

Veloyürüş iştirakçıları Heydər Əliyev Sarayının qarşısındakı parkda xalqımızın Ümummilli Liderinin abidəsi önünə əklil və gül dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Trend.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, İdman, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar