"PEGİDA" yenə müsəlmanları hədəf aldı

“PEGİDA” yenə müsəlmanları hədəf aldı
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniyada mühacirət və İslam əleyhinə mübarizə aparan “PEGİDA” hərəkatının qurucularından Lutz Baxman qalmaqallı açıqlamalar irəli sürüb.

“A24.az” xəbər verir ki, Almaniyada mühacirət və İslam əleyhinə mübarizə aparan “PEGİDA” hərəkatının qurucularından Lutz Baxman baş nazir Angela Merkelin siyasəti səbəbilə son bir il ərzində 700 000 insanın ölkədən çıxıb getdiyini və onların əvəzinə yüz minlərlə mühacirin gəldiyini bildirib.

e2b9e5db322247f884b5f5537dd92347_18

“RİA Novosti”yə müsahibə verən Baxman deyib: “Yüz minlərlə müsəlman gənc Almaniyaya gəlir və ölkənin ictimai sistemi üçün yük olur. Bundan başqa, bu gələnlərdən heç birinin həmin sistemdə rolu yoxdur. Ötən il Almaniyadan 700 000 orta sinif, yaxşı təhsil alan, vergisini ödəyən alman vətəndaşı ölkədən gedib”.

24e8df4300000578-2920124-pegida_s_co_founder_lutz_bachmann_pictured_appeared_in_two_newsp-m-2_1421857354886

Ölkəyə gələn mühacirlərin 80%-nin oxuyub yaza bilmədiyini, yaxud təhsil səviyyələrinin çox aşağı olduğunu qeyd edən Baxman həmçinin deyib: “Almaniyanın yenidən gözəl ölkə olması üçün bəlkə də, nə isə edə bilərik. Ölkədən gedən 700 000 mütəxəssis və vergi ödəyicisinin yerini mühacirlər tuta bilməz”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs