“Pepee”nin başı niyə böyükdür? – Heç düşündünüzmü? – Maraqlı izah

“Pepee”nin başı niyə böyükdür? – Heç düşündünüzmü? – Maraqlı izah
Want create site? Find Free WordPress Themes and plugins.

Heç düşünmüsünüzmü ki, niyə cizgi film qəhrəmanlarının əksəriyyətinin başı yekədir?

Mələsən, “Tweety”, “Caillou”, “Mickey Mouse”, “Casper”, “Şirinlər”, “Maşa”, “Hello Kity”, “Simpsonlar”, “Atom qarışqa”, “Tazmanya canavarı” və “Pepee”…

Hətta bilirsiniz ki, bəzi valideynlər uşaqlarına “yekəbaş” da deyirlər.

Uşaqların hələ ana bətnindən etibarən dünya ilə əlqəyə girdikləri sirr deyil. Uşaqlarda fiziki inkişafın başdan ayağa və daxildən xaricə doğru getdiyini də artıq bilirik.

Uşağın doğulması isə ilk böyük travmadır. Anasının bətnində aylarla qalan körpə işıq, hava və insan toxunuşuyla rastlaşır. Uşaqlar doğulduqları zaman əmmə və tutma reflekslərinə sahibdirlər. Bundan başqa əllərinə nə keçsə tez ağızlarına soxurlar. Heç bir şey tapa bilməyəndə isə ayaqlarını ağızlarına soxarlar. Çünki bu dövrdə körpələrin  həzz və öyrənmə mərkəzləri ağızlarıdır. Ən sürətlə inkişaf edən hissə də başlarıdır.

Eşitmə, görmə və dad alma  duyğuları zəifdir, amma toxunma və qoxulama hissiyyatları çox güclüdür.

Uşaqlar doğulduqları gündən 6 aya qədər özlərini anaları ilə bütöv sayarlar. Sonra yavaş-yavaş fiziki olaraq ayrı iki varlıq olduqlarını qəbul etməyə başlayırlar. 6 aydan sonra analarından fiziki olaraq ayrılsalar da, psixoloji olaraq ayrılmazlar. Amma uşaqlar analarının bütün bədənini tam olaraq qarvamazlar, diqqətləri yalnız başda, yəni analarının üzündə olar, daim gözlərinə baxarlar. Diqqətləri demək olar ki, böyük gördükləri üzə yönəlir. Anasının gülümsəməsi,danışması, səs tonu körpələr üçün çox əhəmiyyətlidir. Uşaqlar gözlərini qırpmadan analarını və ətrafı izləyərlər. Anasının qorxduqlarından qorxub, xoşlandıqlarından xoşlanarlar.

Odur ki, cizgi film qəhrəmanlarını da yekə təsvir olunan başları anadan olandan yaranan diqqətlə bağlıdır.

Şirinlər
Tazmanya canavarı
Simpsonlar
Hello Kity
Maşa
Casper
Mickey Mouse
Caillou
Tweety

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Araşdırma, Müsahibə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar