Pərvanənin uşaqları ilə birgə özünü qatarın altına atmasının səbəbi məlum oldu – YENİ TƏFƏRRÜAT

Pərvanənin uşaqları ilə birgə özünü qatarın altına atmasının səbəbi məlum oldu – Yeni TƏFƏRRÜAT
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 25-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində özünü və iki uşağını qatarın altına ataraq intihar edən 1992-ci il təvəllüdlü Pərvanə Mahmudovanın ölümü ilə bağlı bəzi yeni təfərrüatlar ortaya çıxıb.

A24.Az-ın məlumatına görə, kənd icra nümayəndəsinin müavini Rasim Vəliyev hafta.az-a açıqlamasında deyib ki, Pərvanə Mahmudovanın ölümündə əsas günahkar onun ögey qayınatası və qayınanasıdır:

“Pərvanə rəhmətliyin qayınanası və qayınatası ögeydir, doğma deyil. Qonşularının dediyinə görə, qayınanası Dursun Mahmudova  Pərvanəni incidirmiş. Gün verib işıq vermirmiş. Döyürmüş, təhqir edirmiş. Pərvanə də bütün bu təhqirlərə dözməyərək öz doğma anasının yanına gəlib. Deyib ki, mən  orada yaşaya bilmirəm, həyat yoldaşım da Rusiyadadır. Həyat yoldaşı Nəsrəddinlə Pərvanənin heç bir ailə-məişət problemi olmayıb. Ana da deyib ki, get qayınatanın yurdunda otur. Eşitdiklərimizə görə, rəhmətlik gəlin də çıxılmaz vəziyyətdə qalıb. Döyülüb-söyüldüyünə, evdəki ağır şəraitə görə övladlarını da götürüb intihar edib. Cavan olub, 25 yaşı vardı, başa düşməyib. Böyük faciədir”.

Rasim Vəliyev deyib ki, faktla bağlı cinayət işi açılsa da, prokurorun gördüyü işlərdən heç bir məlumatları yoxdur: “Bildiyimiz odur ki, dindirilmə hələ də gedir. Qayınata və qayınana saxlanılıb, ifadə alınır. İstintaq davam edir”.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, mərhum Pərvanə Mahmudovanın həyat yoldaşı Nəsrəddini bibisi Dursun Mahmudova uşaqlıqdan övladlığa götürübmüş.

Qeyd edək ki, iki gün öncə Zəyəm qəsəbə sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar