Peskov Putinin DİQQƏT imtahanından "2 aldı": "Siz bütün iclas boyu yatmışdınız"

Peskov Putinin DİQQƏT imtahanından “2 aldı”: “Siz bütün iclas boyu yatmışdınız”
Want create site? Find Free WordPress Themes and plugins.
Kremlin mətbuat katibi Dmitri Peskov canlı yayımda Rusiya prezidenti Vladimir Putinlə aralarında baş verən maraqlı bir dialoqu danışıb.
A24.Az xəbər verir ki, qatıldığı bir televiziya proqramında Peskov toplantılarda fikrini toplamaq üçün bəzən gözlərini yumduğunu qeyd edib. Bənzər əməli Putinin çıxış etdiyi bir iclasda da təkrarladığını açıqlayan mətbuat katibi iclasdan təxminən 2 saat sonra Putinin ona zəng vuraraq iclasda nə danışdığı ilə bağlı suallar verdiyini bildirib.
“Putin məndən “Dmitri Sergeyeviç, danışığımdakı nöqtələr və vurğular necə idi?” diye soruşduqda mən ona:“Vladimir Vladimiroviç, möhtəşəm idi, məncə doğru bir hədəfə və kütlələrə çatan bir mesaj idi” cavabını verdim”.

Peskov prezidentin kiçik bir duruxsamadan sonra ona belə bir sual yönəltdiyini bildirib: “Dmitri Sergeyeviç, siz hardan bilisiniz?”

Nə cavab verəcəyini bilmədiyini və əsəbi bir şəkildə dodağının altında danışmağa başladığını söyləyən Peskov Putinin ona “Dmitriy Sergeyeviç, siz bütün iclas boyu yatmışdınız” dediyini açıqlayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs