Petrov "Neftçi"də - RƏSMİ

Petrov “Neftçi”də – RƏSMİ
Want create site? Find Free WordPress Themes and plugins.

Antalya hazırlığını davam etdirən “Neftçi” PFK daha bir futbolçu ilə güclənib.

A24.Az xəbər verir ki, komanda gözlənildiyi kimi ukraynalı mərkəz müdafiəçisi Kirill Petrovla ilyarım müddətinə müqavilə bağlayıb.

Kiyev “Dinamo”sunun yetirməsi olan müdafiəçi sonradan “Krivbass” və “Arsenal” klublarının formasını geyinib. Polşada (“Korona”) legioner həyatı yaşamış Kirill Petrov Qazaxıstanın “Ordabaşı” klubunda da çıxış edib. Futbolçu buna qədər “Olimpik” (Ukrayna) klubunun şərəfini qoruyub. Ukrayna U-19 və U-21 yığma komandalarının heyətində oynamış Petrov “Neftçi”də 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Namiq Ələsgərov, gürcü Georgi Navalovski, çex Zdenek Folprext (icarə) və çilili İqnasio Erreranı heyətinə qatıb. (Qaynarinfo.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs