A24 Xeber

Pişik Günel kimi tanınan ifaçı “Səhər-səhər” verilişinə qonaq olub.
A24.Az xəbər verir ki, canlı ifa edən ifaçı Əli Mirəliyev tərəfindən tənqid edilib. “Səsi yoxdur. Amma gözəlliyi, şirinliyi hər şeyi əhatə edir”- deyən Mirəliyevə zarafatyana cavab verən ifaçı daha sonra sərt bir dillə danışıb.
Özünə bəraət qazandırmağa çalışan ifaçı 15 ildən çoxdur ki, səhnədə olduğunu musiqi təhsilli oldğunu vurğulayıb. “Mənə heç kim səsi yoxdur deyə bilməz. Heç kim məni burda müzakirəyə də qoya bilməz. Bizim pokoleniya(nəsil) Aygün Kazımova, Brilliyant Dadaşova, Zülfiyyə Xanbabayevanı görüb, onlardan nümunə götürüb. Mən Aygün Kazımovanı çox sevirəm, onu nümunə götürmüşəm. Amma ona bənzədilmək istəmirəm. Mən üç-beş ilin müğənnisi deyiləm…Tənqid edilə bilərəm. Tənqid olar, təhqir olmaz ama” şəklində cavab verib.
Elgiz Əkbər isə xanım ifaçını tənqid etməkdə davam edib. “Sən toxunulmaz deyilsən, tənqid edilə də bilərsən”-deyərək cavab verib.
Qeyd edək ki, pişik ləqəbli müğənni ilə zarafat etmək üçün studioya pişik səsi də verilib.
A24.Az sizə həmin verilişdən videomaterial təqdim edir:

https://youtu.be/tr5To7aeyxA

X.V, A24.Az

Pişik Günel kimi tanınan ifaçı “Səhər-səhər” verilişinə qonaq olub. A24.Az xəbər verir ki, canlı ifa edən ifaçı Əli Mirəliyev tərəfindən tənqid edilib. “Səsi yoxdur. Amma gözəlliyi, şirinliyi hər şeyi əhatə edir”- deyən Mirəliyevə zarafatyana cavab verən ifaçı daha sonra sərt bir dillə danışıb. Özünə bəraət qazandırmağa çalışan ifaçı 15 ildən çoxdur ki, səhnədə olduğunu musiqi […]

Pişik Günel canlı ifa etdi, PEŞMAN OLDU: “SƏSİ YOXDUR!”- VİDEO

567 oxunma