A24 Xeber

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Piyadanı vurub qaçan sürücü saxlanıldı
147
06 Dekabr 2018 - 21:12
Dekabrın 5-də saat 20 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində yolu keçən Tərtər rayon sakini İsgəndər Əsədli müəyyən edilməmiş avtomobillə vurulub.
DİN-dən A24.Az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır.
Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü rayon sakini Elsevər Musayev saxlanılıb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00