Plastik qablar insan orqanizmində xərçəngi inkişaf etdirir

Plastik qablar insan orqanizmində xərçəngi inkişaf etdirir
Want create site? Find Free WordPress Themes and plugins.

Hazırda marketlərdə plastik kütlələrlə qablaşdırılmış qida məhsulları və içməli sulara rast gəlmək mümkündür. Plastik məhsulların tərkibinin əsasını insan sağlamlığı üçün təhlükəli olan “Bisfenol-A” maddəsi təşkil edir.

A24.Az xəbər verir ki, “Bisfenol A” fenol qrupuna aid olan üzvi birləşmədir. Dünyada ildə 2,7 milyard kiloqram istehsal edilən bu maddə bəzən antioksidant kimi də istifadə olunur.

“Bisfenol A” plastik kütləyə bərkidici kimi qatılır. Bu maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır.

ABŞ-ın Milli Toksikoloji Proqramının ekspertlərinin illər öncə keçirdikləri təcrübənin nəticələrinə əsasən, həmin maddə bir sıra xəstəliklərə, o cümlədən prostat və süd vəzi xərçənginin inkişafına yol açır.

Hazırda dünyanın bir neçə ölkəsində plastik qabların və polietilen torbaların istifadəsinə məhdudiyyətlər qoyulub. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda da onlardan istifadənin azaldılması istiqamətində bir sıra tədbirlər görülür.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar