Poçtla göndərilən bağlamalardan narkotik aşkar edildi

Poçtla göndərilən bağlamalardan narkotik aşkar edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri ilə Bakı şəhərində yaşayan Azərbaycan vətəndaşının ünvanına göndərilən, ümumi çəkisi 0.051 kq olan bağlama rentgen aparatı vasitəsilə gömrük nəzarətindən keçirilərkən şübhə doğurduğundan gömrük baxışından keçirilib.

Dövlət Gömrük Komitəsindən A24.az-a verilən məlumata görə, yoxlama zamanı bağlamadan xiyar toxumları əvəzinə 53 ədəd narkotik xassəli çətənə bitkisi toxumları aşkar edilib.

Həmin şəxsin ünvanına yenə də Rusiya Federasiyasından beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan və ümumi çəkisi 0.073 kq təşkil edən digər bağlamadan isə 20 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib. Rusiyadan Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşının ünvanına beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən digər bağlamaya da eyni üsullarla gömrük baxışı keçirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb. Ümumi çəkisi 0.800 kq olan bağlamadan 45 ədəd narkotik xassəli çətənə bitkisinin toxumları aşkar edilib.

Aşkar edilən faktlar son dövrlərdə beynəlxalq poçt göndərişləri vasitəsilə ölkəyə daxil olan bağlamalarla bağlı gömrük yoxlamalarının şübhə altına alınmasının, gömrük orqanlarına qarşı irəli sürülən ittihamların əsassız olduğunu bir daha sübut edir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar