Polis Gəncədə əməliyyat keçirdi – Saxlanılan var

Polis Gəncədə əməliyyat keçirdi – Saxlanılan var
Want create site? Find Free WordPress Themes and plugins.

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə, silah və döyüş sursatı aşkar edilib.

A24.Az  xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə iyulun 7-də Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Hamlet Abdullayev saxlanılıb. Polis İdarəsində vətəndaşın üzərinə şəxsi baxış keçirilən zaman 2.689 qram çəkidə narkotik vasitə olan “heroin” aşkarlanaraq götürülüb.

Davam edən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxsin mənzilindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapanca, həmin tapançaya məxsus 8 ədəd patron və alışqanı ilə birlikdə 1 ədəd RQD-5 markalı əl qumbarası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır./Bizimyol.info

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar