Politoloq: Rusiya ilə münasibətlərimizi pisləşdirmək istəyən yeganə ölkə...

Politoloq: Rusiya ilə münasibətlərimizi pisləşdirmək istəyən yeganə ölkə…
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün Bakıda Milli Məclis sədri Oqtay Əsədovla görüşən Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, münasibətləri pisləşdirmək istəyən, insanların sülh şəraitində yaşamaq arzusuna əhəmiyyət verməyənlər gərginlik istiqamətində irəliləyir: “Bu yolun qarşısını almaq üçün hər şey etməliyik”.

A24.Az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu öz “Facebook” səhifəsində yazıb.

Politoloq qeyd edib ki, Volodin bunu deyərkən hansı dövləti və ya dövlətləri nəzərdə tutub? Volodinin “ Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı doğru və konstruktiv mövqe nümayiş etdirib” sözləri ondan xəbər verir ki, Volodin bizi nəzərdə tutmur. Nə ABŞ, nə də Avropa İttifaqı Azərbaycanla Rusiya arasındakı münasibətləri pisləşdirmək üçün heç nə etmirlər. Bunu istəyən yeganə dövlət var, o da Rusiyanın strateji müttəfiqi Ermənistandır.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar