Politoloq: “Türkiyənin vəziyyəti çox mürəkkəbdir”

fikretAz öncə xəbər verdiyimiz kimi Rusiya səfiri Andrey Karlov Türkiyədə güllələnərək öldürülüb.
Türkiyədə baş verən faciə yaxınlaşmaqda olan Türkiyə-Rusiya münasibətlərinə necə təsir edəcək?
A24.Az bu barədə politoloq Fikrət Sadıqovun münasibətini öyrənib.
“Türkiyənin vəziyyəti çox mürəkkəbdir. Həm daxili düşmənlər, həm də ki, yaxın şərqdə baş verən hadisələrlə bağlı onun düşmənləri çoxdur. Əsas düşmənləri yaxın Şərqdədir, xüsusilə Suriyadadır.Bunlar İŞİD-çilər, Kürd radikal dəstələrin nümayəndələridir.
Burada çox mühüm bir məqam da var. Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşması , onların bir-birini anlaması, onların yaxın Şərqdə birgə apardıqları əməliyyatlar əlbəttə ki kimlərisə qıcıqlandırırdı və indi də qıcıqlandırır. Çünki yaddan çıxarmayaq ki Türkiyə prezidenti birmənalı şəkildə qərbi çevrilişə cəhddə günahlandırıb və bəyən etmişdi ki, bu şəbəkə qərbdə bir sıra dairələrlə bağlıdır.
Əlbəttə ki, belə bir faciə Türkiyə-Rusiya münasibətlərinə müəyyən mənfi təsir edəcək . İnanmıram ki, hər şey bundan sonra öz axarı ilə davam etsin. Digər tərəfdən mən artıq televiziya kanallarından görürəm ki, erməni ifrat dairələrin nümayəndələri isterik bəyanatlarla çıxış edir. Elə Rusiya Türkiyə münasibətlərinin yaxınlaşmasını tənqid edir. Hesab edir ki, Rusiya Türkiyə ilə münasibətləri bərpa etməkdə səhv addım atıb. Biz bu isterik bəyanatların hələ çox şahidi olacağıq. Erməni radikal dairələrin bəyanatları ilə üzləşəcəyik. Lakin sağlam düşüncəli rus dairələrinə görə bu hadisə mövqelərə zərbə vurmamalıdır. Düzdür, bu faciədir. Amma strateji maraqlar daha üstün olmalıdır. Bu strateji mövqelər, maraqlar qorunmalıdır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR