Politoloq Zəfər Quliyev vəfat edib

Politoloq Zəfər Quliyev vəfat edib
Want create site? Find Free WordPress Themes and plugins.

Tanınmış politoloq, “El” Hərəkatının Təşkilat Komitəsinin üzvü Zəfər Quliyev 62 yaşında vəfat edib.

“A24.az” xəbər verir ki, bu barədə APA-ya “Yeni Müsavat” qəzetinin baş redaktoru, mərhumun yaxın dostu Rauf Arifoğlu məlumat verib.

R. Arifoğlu bildirib ki, Z. Quliyev səhhəti ilə əlaqədar əməliyyat olunmaq üçün Gürcüstana yola salınmışdı: “Tiflisdə həkimlər ona əməliyyatın riskli olduğunu bildirərək Bakıya dönməyi tövsiyə ediblər. Mən dünən özü ilə əlaqə saxladım və bu əməliyyata girməsini tövsiyə etdim. Bu barədə özü qərar verməli idi. Ancaq o, bu gün səhər ürək damarlarının tıxanması səbəbindən dünyasını dəyişib…”

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar