Polşa hökuməti istefaya gedib

Polşa hökuməti istefaya gedib
Want create site? Find Free WordPress Themes and plugins.

Polşa hökuməti baş nazir Yeva Kopaç daxil olmaqla istefa verib.

a24.az” bildirir ki, APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qərar baş nazirin rəhbəri olduğu “Vətəndaş platforması” partiyasının 25 oktyabr tarixli parlament seçkilərində məğlubiyyətindən sonra verilib.

Polşa prezidenti Andjey Duda məsələ ilə əlaqədar baş nazir Yeva Kopaç ilə görüşüb və rəsmi olaraq onun  istefasını qəbul edib.

Qeyd edək ki, Yaroslav Kaçinskinin lideri olduğu “Qanun və Ədalət” partiyası Polşa parlamentində mandatların əksəriyyətinə sahib çıxıb. Seçkilərin rəsmi yekunlarına əsasən, partiya parlamentdə 235 yer təmin edəcək 37,6 faiz səs toplayıb.

“Vətəndaş platforması” partiyası isə 138  yer təmin edəcək 24,1 faiz səs toplaya bilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar