Prezident: "Bakıda 2 000-ə yaxın sosial mənzil inşa olunacaq"

Prezident: “Bakıda 2 000-ə yaxın sosial mənzil inşa olunacaq”
Want create site? Find Free WordPress Themes and plugins.

A24.Az xəbər verir ki, Prezident İlham Əliyev onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlar və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini deyərək, bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakı şəhərinin daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib. Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan dövlət başçısı qarşıdakı illərdə paytaxtda iki minə yaxın sosial mənzilin inşa olunacağını və Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə start verildiyini, “Ağ şəhər” layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzə Pir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını, ictimai yerlərin yaradılacağını bildirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar