Prezident Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib - FOTOLAR

Prezident Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib.

A24.Az xəbər verir ki, dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, indi əksər bölgələrimizdə də üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.

Məlumat verilib ki, Bayraq Muzeyinin inşasına ötən il başlanıb və bu ilin mayında başa çatdırılıb. Ümumi ərazisi 400 kvadratmetr olan muzey binası ikimərtəbəli olmaqla sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar sərgilənir. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, Ümummilli Liderin andiçmə mərasimindən fotoşəkillər, Ulu Öndərin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə, Bayraq Meydanının açılışı mərasimlərində çəkilmiş fotoşəkilləri, poçt markaları, orden və medallar muzeyin ekspozisiyasına daxildir. Bayraq Muzeyi ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılıb və burada hündürlüyü 56 metr olan Dövlət Bayrağı ucaldılıb, ətrafında fəvvarə kompleksi inşa edilib, postamentdə Azərbaycan Respublikasının gerbi, himni, xəritəsi əks olunub.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar