Prezident bu icra başsını təltif etdi

Prezident İlham Əliyev Qubanın icra başçısı ilə bağlı sərəncam verib.

A24.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, prezidentin 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Dövlət başçısının 1995-ci il və 2006-cı il tarixli sərəncamları ilə 2 dəfə “İgidliyə görə” medalı ilə təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

criminal.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR