Prezident bu şəxslərin təqaüdlərini artırdı - SƏRƏNCAM

Prezident bu şəxslərin təqaüdlərini artırdı – SƏRƏNCAM
Want create site? Find Free WordPress Themes and plugins.

İlham Əliyev Milli qəhrəmanları təqüdünü artıracaq sərəncam imzaladı.

A24.az xəbər verir ki, Prezident İlham Əliyev fevralın 20-də “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

“Report”un məlumatına görə, sərəncam Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır.

Sərəncamla Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, Son Dəqiqə, Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar