Prezident iki qurumun adını dəyişdi - Fərman

Prezident iki qurumun adını dəyişdi – Fərman
Want create site? Find Free WordPress Themes and plugins.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti  və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin adları dəyişdirilib.

“A24.az” xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı  “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanında əksini tapıb.

Hər iki qurumun adından “Nəzarət” sözləri çıxarılıb. Beləliklə, bu qurumlar müvafiq olaraq Dövlət Baytarlıq Xidməti  və Dövlət Fitosanitar Xidməti adlanacaq.

Bu Fərman 2018-ci il iyulun 1-dən qüvvəyə minir.

Beləliklə, Dövlət Baytarlıq Xidməti  və Dövlət Fitosanitar Xidmətinin baytarlıq və fitosanitar sahələrdə nəzarət funksiyasını  itirməsi, yalnız bu sahələrdə xidmət göstərməklə məşğul olacağı rəsmiləşib. Bu, həmin sahələrdə nəzarət funksiyasının  Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunması ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan prezidentinin  2017-ci il 13 noyabr tarixli fərmanına əsasən, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar