Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edildi

Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

APA-nın xəbərinə görə, bu barədə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində bildirib. MŞ sədri bildirib ki, kütləvi informasiya vasitələri (KİV) arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, KİV-in müstəqilliyinin dəstəklənməsi, maddi – texniki bazanın möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində yürütdüyü davamlı siyasətə görə Azərbaycan prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

Ə. Amaşov daha sonra mükafatı dövlət başçısına təqdim edib.

Qeyd edək ki, MŞ və “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi 2017-ci ildə “Jurnalistlərin dostu” mükafatının təqdimatı üçün iyunun 20-dən iyulun 15-ə kimi kütləvi informasiya vasitələri arasında sorğu elan edib. Bu məqsədlə MŞ tərəfindən müvafiq işçi qrupu yaradılıb.

Mükafatın laureatını ölkənin tanınan, ictimai fikrə təsir göstərən televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu və jurnalist təşkilatlarının nümayəndələri müəyyənləşdiriblər.

“Jurnalistlərin dostu” mükafatı 1998-ci ildə “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi (hazırkı “Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi) tərəfindən təsis edilib. Mükafatın təsis edilməsində məqsəd cəmiyyətdə söz və məlumat azadlığını təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar