Prezident İlham Əliyevin islahatlar paketi: 7 məmur işdən qovuldu

Prezident İlham Əliyevin islahatlar paketi: 7 məmur işdən qovuldu
Want create site? Find Free WordPress Themes and plugins.

Bu ilin birinci yarısında fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə üç nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, yeddi nəfər isə tutduğu vəzifədən azad edilib.

Ədliyyə Nazirliyindən  verilən məlumata görə, bu barədə nazirlikdə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirədə deyilib.

Müşavirədə o cümlədən, xidmətin 20 əməkdaşının intizam məsuliyyətinə cəlb olunduğu vurğulanıb, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması halları və digər nöqsan və çatışmazlıqlar icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.

Qeyd edək ki, vəzifəsindən sui-istifadə edən məmurlara qarşı mübarizə birbaşa prezident səviyyəsində aparılır və bu yerlərdə də icra edilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar