Prezident Nardaranda ölən polisləri ordenlə təltif etdi - SƏRƏNCAM

Prezident Nardaranda ölən polisləri ordenlə təltif etdi – SƏRƏNCAM
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində təxribatlar, kütləvi iğtişaşlar və terror aktları törətməklə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə zərərsizləşdirilib. Xüsusi əməliyyat zamanı iki polis əməkdaşı qəhrəmancasına həlak olub.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər:

polis serjantı Vüqar Əyyub oğlu Nəsibova (ölümündən sonra)

polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevə (ölümündən sonra)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar