Prezident və xanımı sərgi ilə tanış oldu - FOTOLAR

Prezident və xanımı sərgi ilə tanış oldu – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi – “Bakutel-2016” ilə tanış olub.
A24.Az xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib.
Bildirilib ki, sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edir. Builki sərgidə 9 ölkə – Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland Krallığı, Sloveniya, Türkiyə və Xorvatiya mili stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir. Sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 30 faizini təşkil edir.
Dövlət başçısına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumların və müəssisələrin stendlərinin cəmləşdiyi ümumi pavilyon barədə məlumat verilib. Qeyd edilib ki, 2012-ci ildən fəaliyyətə başlayan “Elektron hökumət” portalı artıq özündə 89 qurumun elektron xidmətlərini birləşdirir. Hazırda portal vasitəsilə 418 növ elektron xidmət göstərilir. İndiyə qədər “Elektron hökumət” portalı vasitəsilə müraciət edənlərin sayı 34 milyonu ötüb. Ümumi xidmətlərə müraciət sayının 46 faizi bu ilin 11 ayında qeydə alınıb. Gündəlik müraciətlərin sayı isə 50 mindən çoxdur. Artıq mobil telefon vasitəsilə də portalda olan xidmətlərdən istifadə etmək mümkündür. Portalın elektron ödəmə sistemi də yaradılıb. Bu günədək 100 mindən artıq “elektron imza” istifadəyə verilib və yaxın müddətdə hər bir vətəndaşa təqdim ediləcək yeni nəsil şəxsiyyət vəsiqəsi elektron imza sertifikatı ilə təmin olunacaq.
Sonra Prezident İlham Əliyevə ölkəmizə məxsus ilk regional Data Mərkəzi barədə məlumat verilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Son Dəqiqə, Texnologiya, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar