Prezident yeni səfirin etimadnaməsini qəbul etdi - FOTO

Prezident yeni səfirin etimadnaməsini qəbul etdi – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mekan İşanquliyevin etimadnaməsini qəbul edib.

A24.Az xəbər verir ki, səfir Mekan İşanquliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.

Mekan İşanquliyev etimadnaməsini İlham Əliyevə təqdim edib. Sonra prezident səfirlə söhbət edib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi əlaqələrimizin siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə möhkəmləndirilməsində maraqlıdır. Hazırda ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir və nümunəvi xarakter daşıyır.

Mekan İşanquliyev İlham Əliyevə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını çatdırıb. Sentyabrın 17-də Türkmənistanda Asiya Oyunlarının açılacağını deyən səfir Türkmənistan Prezidentinin və xalqının İlham Əliyevin həmin tədbirdə iştirakını səbirsizliklə gözlədiklərini deyib.

İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.


 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar