Prezidentlər Trampı küncdə qoydular, Makron qarşıdrumanı güclə önlədi - G20-dən komediya kimi görüntülər - VİDEO

Prezidentlər Trampı küncdə qoydular, Makron qarşıdrumanı güclə önlədi – G20-dən komediya kimi görüntülər – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İyulun 7-də Almaniyanın Hamburq şəhərində G20 sammiti  öz işinə başlayıb.

Dünya nəhənglərinin bir araya gəldiyi bu görüş də müxtəlif  məqamlarla diqqət çəkib.

A24.Az xəbər verir ki, xüsusilə də sammit iştirakçıların birgə çəkdirdiyi fotoda ABŞ prezidenti Donald Trampın küncdə dayanması təəccüb doğurub.

Axı o, hər zaman öndə, diqqət mərkəzində olmağı sevir. Təsadüfi deyil ki, Brüsseldə NATO üzvləri ilə görüşdə dünya liderləri ilə xatirə şəkli çəkilərkən ön sıraya keçmək üçün Çernoqoriyanın baş naziri Duşko Markoviçi itələmişdi. Ona görə də hər kəs gözləyirdi ki, Tramp eyni performansı göstərərək fotonun düz mərkəzində yer alacaq.

Bundan əlavə, Rusiya və Türkiyə prezidentlərinin yanaşı dayanması da müzakirə olunub.

Araları tez-tez dəyib-düzələn bu iki ölkə son zamanlar münasibətlərə mehribancasına davam edir. Hər ikisinin ABŞ-la aralarındakı soyuqluq da müəyyən mənada onları birləşdirir. Məhz buna görə də Ərdoğan və Putinin yan-yana duruşu amerikalı həmkarlarına meydan oxuması kimi də qiymətləndirilib.

A24.Az sözügedən sammitdən olan görüntüləri təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar