Produser efirdə qadın müğənnini tənqid etdi: İçimi titrətmirsən - VİDEO

Produser efirdə qadın müğənnini tənqid etdi: İçimi titrətmirsən – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Bəsti Bəkirova ilə prodüser Sayqa Cahidin efirdə sözləri çəp gəldi.

A24.Az xəbər verir ki, ARB TV-də yayımlanan “Səhər – Səhər” verilişinin qonağı müğənni Bəsti Bəkirova olub. Müğənni efirin digər qonağı prodüser Sayqa Cahidlə mübahisə yaşayıb. Sayqa Cahid müğənninin illərdir yeni mahnılarının olmamasından gileylənib.

“Yalnız efirə çıxmaq mahnını reklam etmək deyil. Mən hansısa bir konsertin təşkilatçısı olsam, sizi konsertə dəvət etməzdim. Müğənni o zaman müğənnidir ki, onun geniş, yeni repertuarı  var. Niyə yeni mahnı hazırlamırsınız? İçim yanır, ona görə deyirəm. Yoxsa nə vecimə”,-deyərək müğənnini tənqid edib. O, isə “Məni tərpədən mahnı yoxdur deyə repertuarımda yeni mahnı da yoxdur”.  Sayqa Cahid isə “Sizi tərpədən adam yoxdur!” cavabnı verib.

Minirə Qubatova // A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar