"Prokuror ömrü" - Sabir Abdinovun şeiri

“Prokuror ömrü” – Sabir Abdinovun şeiri
Want create site? Find Free WordPress Themes and plugins.

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır cinayətlər məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin Sabir Abdinovun şeirini təqdim edirik.

Prokuror Ömrü

 Qanunu hər şeydən tutdunuz uca,
Vətənin çiynində ucaldınız Siz.
Keçdi qəlbinizdən bütün ağrılar,
Yaşınızdan nət tez qocaldınız Siz?

Bəzən sübhə kimi xeyirdə, şərdə
Hamıyla bir yerdə oyaq qaldınız.
Gendən baxmadınız ələmə, dərdə,
Ağlayan gözlərdə işıq oldunuz.

Döydü qapınızı minlərlə insan,
Hamıyla mehriban danışdınız Siz.
Ümid qapısında nura döndünüz,
Haqqa dayaq oldu ürəkləriniz.

Vətənə torpağa, hər bir qanuna
Göylərdən də uca sevginiz oldu.
Şəhidə döndünüz Vətən yolunda,
Qürurdan torpağın gözləri doldu.

İnsanlara qayğı, qanuna hörmət,
Döndü dilinizdə müqəddəs anda.
Günəşli gündüzdür prokuror ömrü,
Tanıdıb, sevdirdi Sizi hər yanda.

Cinayət edəndə qəsdən birisi,
Haraya, fəryada gedib çatdınız.
Yarımçıq qalanda birinin ömrü,
Sındı ürəyiniz, qəmə batdınız.

Barışmaz oldunuz hər cinayətə,
Hədələr, qorxular çox oldu Sizə.
Cəzasız qalmadı qanun pozanlar,
Çıxdı son məqamda həqiqət üzə.

Üstündən adlayıb keçsə də illər,
Bir sönməz mayakdı prokuror ömrü.
Ona arxalanır, inanır ellər,
Saflığa dayaqdı prokuror ömrü.

Qeyd edək ki, şeir Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Sabir Abdinovun Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi və qarşıdan gələn 1 oktyabr prokurorluq işçilərinin peşə bayramın münasibətilə prokurorluğun bütün əməkdaşlarına ünvanlanmış təbrikidir.

Biz də həmin təbrikə qoşuluruq və prokurorluq əməkdaşlarını qarşıdan gələn bayram münasibətilə təbrik edirik.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar