Proqnozlar Bürosu: İstirahət günlərində hava şəraiti yağmurlu keçəcək

Proqnozlar Bürosu: İstirahət günlərində hava şəraiti yağmurlu keçəcək
Want create site? Find Free WordPress Themes and plugins.

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti yağmurlu keçəcək”.

A24.az xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün – fevralın 9-da gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir: “Mülayim cənub küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, fevral ayının 10-da və 11-də bəzi yerlərdə yağmurlu hava şəraiti müşahidə olunacaq: “Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar