Pulu Azərbaycana elə yerdə keçirmək istədi ki... - RƏSMİ

Pulu Azərbaycana elə yerdə keçirmək istədi ki… – RƏSMİ
Want create site? Find Free WordPress Themes and plugins.

Gömrük əməkdaşları xeyli miqdarda xaricu valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən aparılması cəhdinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən A24.Az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Mazımçay” gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə, Gürcüstan vətəndaşı bəyənnamədə göstərdiyi 1000 ABŞ dollarından artıq pul vəsaitinin olmadığını bildirib. Lakin yoxlama zamanı yük maşınının kabinasında radio-moqnitafon üçün nəzərdə tutulmuş, ancaq boş olan hissədə kağız bağlamanın olduğu müşahidə edilib. Kağız bağlama gizlədilmiş yerdən çıxarılıb açılarkən içərisindən gömrük nəzarətindən gizlədilmiş əskinazlar-16085 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar