Pulu xaricilərə deyil, özümüzünkülərə xərcləyək! – ŞİKAYƏT

Pulu xaricilərə deyil, özümüzünkülərə xərcləyək! – ŞİKAYƏT
Want create site? Find Free WordPress Themes and plugins.

İki-üç gündür temperaturun 40-42 dərəcə olduğu günlərdə nəyinki işləmək, nəfəs almaq belə insana ağır gəlir. Hələ işlədiyin məkanın isitmə-soyutma sistemi işləmirsə, bu lap ağlasığmazdır. Bakıda yerləşən əksər iş mərkəzlərində müasir avadanlıqların yerləşdirilməsinə, havalandırma sistemlərinin qurulmasına baxmayaraq, bunu bacara bilməyənlər də az deyil.

Redaksiyamıza daxil olan şikayət də Bakıdakı iş mərkəzlərindən birində yaşanan soyutma sistemindəki problemlə bağlıdır. Temperaturun 40 dərəcəni keçdiyi havada soyutma sistemini təmir etməkdə çətinlik çəkən iş mərkəzi bunu xarici mütəxəssislə əlaqələndirib. “Mitsubishi” firmansının avadanlıqları ilə iş birliyi quran icarəsi bahalı olan iş mərkəzi soyutma sisteminin təmir olunması üçün başı çıxan yerli mütəxəssislərin olmadığını, bunun üçün türkiyəli mühəndislərə ehtiyaclarının olduğunu bildirib. Təmir üçün çağırılan türk işçini isə təkcə icarəsi baha olan iş mərkəzinin sahibi deyil, ofisdə işləyənlərin hamısı dörd gözlə gözləyir. O isə hələ də gəlməkdədir…

“A24.az” olaraq bir sıra havalandırma, isitmə və soyutma sistemlərinin quraşdırılması ilə məşğul olan Bakının ən məşhur şirkətləri ilə əlaqə saxladıq (YusiKo, SFV Group, Beem)  Bakının 3 məşhur və fəaliyəti ilə öndə gedən şirkətlərindən bildirdilər ki, istər havalandırma, istərsə də isitmə-soyutma sistemlərinin quraşdırılmasında, təmirində xarici mütəxəssislərə ehtiyacları yoxdur. 5 il bundan əvvəl xarici mütəxəssislərdən yararlansalar da, indi buna tamamilə ehtiyacları yoxdur. Hətta dönə-dönə vurğulayaraq bildirdilər ki, xarici mütəxəssislər bizimkilərin yanında heç bir iş görmür. Əksinə bizim mühəndislər Bakının bir çox böyük iş və ticarət mərkəzlərində yerləşdirdikləri havalandırma, isitmə-soyutma istemləri ilə xaricilərdən qat-qat üstündürlər. Düzdür, xarici təcrübəyə ehtiyac olduqda işlədikləri şirkətlərin məhsullarını öyrənmək üçün işçilərini həmin ölkələrə treyninqlərə göndərirlər və daha sonra əldə etdikləri təcrübəni ölkəmizdə həyata keçirə bilirlər. Çünki Bakıda fəaliyyət göstərən yerli mütəxəssislərin hamısı ixtisaslaşmış və peşəkar mühəndislərdir.

Odur ki, Azərbaycanda iş adamları və şirkətlər xarici mütəxəssislərə güvənib əhalimizə yarımçıq xidmət göstərməkdənsə, özümüzünküləri dəyərləndirməyi üstün tutsalar yarı yolda qalmazlar!

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar