Pulumuzla ayaqda duran gürcülərdən zirvəyə çıxan türk nifrəti - Elat bayramında təxribat

Pulumuzla ayaqda duran gürcülərdən zirvəyə çıxan türk nifrəti – Elat  bayramında təxribat
Want create site? Find Free WordPress Themes and plugins.

Gürcülər hər il Gürcüstanda yaşayan Azərbaycan türklərinin qeyd etdiyi Elat bayramının adını dəyişdiriblər.

A24.Az xəbər verir ki, Gürcüstan rəsmiləri, özəlliklə Dmanisi rayon icra başçısı açıq formada bu bayramı  “Dmanisoba” adı altında keçirəcəklərini bəyan edib.

Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycandan onlara lazımi dəstək gəlmədiyi üçün incikliklərini ifadə ediblər. İddia edirlər ki, bu türklərə qarşı açıq mübarizə və düşməçiliyin bariz nümunəsidir. Əgər vaxtında müdaxilə olunmazsa 1988-ci il hadisələrinin təkrarlanması istisna olunmur.

Qeyd edək ki, Elat Bayramının əsası  2009-cu il iyulun 26-da qoyulub və hər il eyni tarixdə  qeyd edilir. Elat mədəniyyəti Gürcüstan daxilində milli azlıq olaraq yaşayan  Borçalı türklərinin (Gürcüstan azərbaycanlıları) yaşam tərzi, tarixi ilə birbaşa bağlıdır.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar