A24 Xeber

“Püşkün nəticəsindən razıyam” – Millimizin baş məşqçisi

“Püşkün nəticəsindən razıyam” – Millimizin baş məşqçisi
700
06 Dekabr 2018 - 18:29

Bu gün milli komandamızın elit-raunddakı rəqibləri bəlli olub.

A24.Az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının elit-raund mərhələsinin püşkünün nəticələri ilə bağlı AFFA-nın rəsmi saytına fikirlərini bildirib:

“Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq. Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00