"Putin 15 hərbçisinin ölümünə seyrçi qala bilməz" - Politoloq

“Putin 15 hərbçisinin ölümünə seyrçi qala bilməz” – Politoloq
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın hərbi kəşfiyyat təyyarəsi Suriya səmasında bu ölkənin raketi ilə vurulub, ancaq Moskva İsraili günahkar bilir. Çünki Moskvanın iddiasına görə İsrail hərbi təyyarələri Suriyanın Hava Müdafiə Qüvvələrini qəsdən çaşdırıblar. İsrail vurulan təyyarəyə görə Moskvadan üz istəməyib, əksinə deyib ki, baş verən hadisəyə görə İran və “Hizbullah” günahkardır.

A24.Az xəbər verir ki, bu haqda məlumatı politoloq Elxan Şahinoğlu Rusiya təyyarəsinin vurulması ilə bağlı məsələsini şərh edərkən deyib. Politoloq qeyd edib ki, məsələ burasındadır ki, İsrail təyyarələri İranın Suriyadakı mövqelərini bombalamaq məqsədilə havaya qalxıblar: “Rusiya Müdafiə Nazirliyi açıqlama verərək İsrailə qarşı adekvat addımlar atacağının anonsunu verib. Suriyadakı müharibəyə rəğmən, Rusiya-İsrail münasibətləri bugünə qədər normal idi, Rusiya prezidenti Vladimir Putinin il ərzində ən çox görüşdüyü liderlərdən biri İsrailin baş naziri Benyamin Netanyahudur. Ancaq vurulan təyyarə vəziyyəti qəlizləşdirdi, Putin 15 hərbçisinin ölümünə seyrçi qala bilməz”. “İsrail üzr istəsə problem olmayacaq, əks halda iki dövlət arasında münasibətlərdə soyuqlaşma başlayacaq. Necə ki, vaxtilə vurulan təyyarəyə görə Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına cavab vermirdi, eləcə də yeni vurulan təyyarəyə görə Rusiya-İsrail münasibətlərinin də gərginləşməsi bizim maraqlara cavab vermir. Tərslikdən İsrailin müdafiə naziri 5 gün Azərbaycanda qaldı, indi Moskvada bunun hansı məna kəsb etdiyi ilə bağlı baş sındırırlar”, – deyə Elxan Şahinoğlu bildirib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar