Putin Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - VİDEO

Putin Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin Dövlət Kreml sarayında Vətən Müdafiəsi günü münasibəti ilə keçirilən təntənəli gecəyə dəvət olunan Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın müdafiə idarələrinin rəhbərləri ilə görüşüb.

Bu barədə Rusiya prezidentinin saytı məlumat yayıb.

Putin Zakir Həsənova dövlət təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıb

Putin görüş zamanı ölkələr arasında hərbi sahədə olan qarşılıqlı etimadın dəyərini qeyd edib:

“Sizin, bir paqon gəzdirən insan kimi, silahlara, orduya, dövlətin bütün güc komponentlərinə xüsusi münasibətiniz var. Siz buna nə dərəcədə diqqətli yanaşmalı olduğunu və hərbi iş kimi həssas sahədə etimadın necə yüksək qiymətləndirildiyini hamıdan daha yaxşı bilirsiniz.

Kimin üçün ki, silahlı qüvvələrin inkişafı ilə əlaqəli olan 23 fevral tarixi gündür, onları ikiqat təbrik edirəm. Hamınıza, hərbçilərinizə, xalqlarınıza ən xoş arzularımı diləyirəm. Sizlərə öz dövlətinizin təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıram”.//Report

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar