Putin bu dəfə Ərdoğana "Hə" dedi - Politoloqdan ŞƏRH

Putin bu dəfə Ərdoğana “Hə” dedi – Politoloqdan ŞƏRH
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin Tehranda türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanı eşitmədi, onun Suriyanın İdlib şəhəri üçün atəşkəs istəyinə 3 dəfə ”yox” dedi.

Bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyə və Rusiya prezidentlərinin görüşündən əladə olunan nəticələri şərh edərkən bildirib. Politoluqun sölzərinə görə, Tehranda bir az dərinə getsəydilər Astana prosesi (Türkiyə-Rusiya-İran dialoqu) dağılacaqdı: “Bu gün Ərdoğan yenə Putinlə görüşdü.

Bu dəfə Putin Ərdoğanın arqumentlərini qəbul etdi. Rusiya İdlibə hücum etməyəcək. Bunun əvəzinə rusiyalı və türkiyəli hərbçilər İdlib ətrafında təhlükəsizlik zolağı yaradacaqlar. Ancaq Putinin iki şərti yenə gündəmdədir”. “Birinci şərt – İdlib istiqamətindən Rusiyanın Suriyadakı hərbi bazalarına hücum təhlükəsi olmamalıdır.

İkinci şərt – İdlibdəki terrorçular ağır silahları ərazidən çıxartmalı, bir müddət sonra isə özləri də şəhəri tərk etməlidirlər. Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək. Bütün hallarda bugünkü razılaşma hər iki dövlətin xeyrinədir”, – deyə E.Şahinoğlu əlavə edib. Elxan Şahinoğlu bildirib ki, Rusiya İdlibə hücum etməyib terrorçuların bölgəni tərk etməsinə nail olarsa həm Qərbin təzyiqlərindən yaxa qurtaracaq (çünki hücum olsaydı çox sayda insan öləcəkdi), həm də Suriyada hərbi varlığını gücləndirəcək.

Türkiyə isə İdlibə hücumun qarşısını almaqla həm qətliamın qarşını aldı, qaçqın axını ilə üzləşməyəcək, həm də Suriyadakı hərbi varlığını Rusiya ilə birgə gücləndirəcək.

Orxan Aslan, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar