Putin Kim Çen Inı savadlı və yetkin siyasətçi adlandırdı

Putin Kim Çen Inı savadlı və yetkin siyasətçi adlandırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı savadlı və yetkin siyasətçi adlandırıb. 

“A24.az”ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

“Kim Çen In öz strateji vəzifəsinin öhdəsindən gəlib. O, bu dəfəki partiyanın qalibidir. Onun nüvə başlığı və dünyanın istənilən nöqtəsinə çata biləcək, 13 min kilometr məsafəyədək uçan raketi var”, – deyə Vladimir Putin qeyd edib.

Rusiya prezidentinin fikrincə, hazırda Şimali Koreya lideri vəziyyəti stabilləşdirməkdə  maraqlıdır: “O, artıq savadlı və yetkin siyasətçidir”.

Putin Koreya yarımadasının nüvəsizləşdirilməsini ancaq dialoq və danışıqlar yolu ilə etmək lazım olduğunu qeyd edib: “Hesab edirəm ki, bu, çətin olsa da, mümkündür”.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar