“Putin. Müharibə” hesabatı dərc olunub

“Putin. Müharibə” hesabatı dərc olunub
Want create site? Find Free WordPress Themes and plugins.

“Putin. Müharibə” hesabatının bütöv mətni internetdə yerləşdirilib.

Bu hesabatı “RPR – PARNAS” partiyasının qətlə yetirilmiş həmsədri Boris Nemtsov işləyib hazırlamışdı. Bütöv mətn Nemtsovun saytında bu gün – 12 mayda nəşr edilib.

Hesabatın redaktorları “RPR – PARNAS” partiyasının Siyasi Şura üzvü İlya Yaşin və partiyanın icraçı direktoru Olqa Şorinadır.

“A24.az”ın “Dojd.tv”yə istinadən bildirdiyinə görə, Boris Nemtsovun istinad etdiyi mənbənin bildirdiyinə görə, Ukrayna ərazisində həlak olan əsgərlərin qohumları bu barədə danışmaqdan imtina ediblər. Çünki onlara üç milyon rubl həcmində kompensasiya təklif olunub.

Hesabatda o da bildirilir ki, 10 ay ərzində Ukraynanın şərqində gedən müharibəyə Rusiya büdcəsindən 53 milyard rubla qədər pul xərclənib.

“ …Rusiya hərbi qüvvələri itki veriblər. Kifayət qədər çox itki İlovaysk şəhəri uğrunda gedən döyüşlərdə qeydə alınıb.Ən ciddi hesablamalara görə, Rusiyaya 150 – dən az olmayaraq “Yük – 200” işarəli tabut qayıdıb”, – deyə hesabatda bildirilib.

Sənəddə həmçinin Ukraynanın xeyrinə dövlətə xəyanətdə ittiham olunan çoxuşaqlı ana Svetlana Davıdova xatırlanır. Nemtsovun istinad etdiyi mənbələrin bildirdiyinə görə, bu iş həlak olan əsgərlərin jurnalistlərlə əlaqə yaratmaq istəyən qohumlarını qorxutmağa yönəldilib.

Xatırladaq ki, müxalifətdən olan siyasətçi Boris Nemtsov fevralın 27 -də, gecə Moskvanın mərkəzində, Kremlin yaxınlığında güllələnərək öldürülmüşdü.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Media, Hesabat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar