“Putin. Müharibə” hesabatını nəşr etməkdən qorxublar

Qətlə yetirilmiş siyasətçi Boris Nemtsovun ideyası olan “Putin. Müharibə” hesabatının nəşrindən 14 nəşriyyat imtina edib.

Krımın Rusiyaya birləşdirilməsində Rusiya hərbçilərinin rolu və Ukraynanın şərqində aparılan hərbi əməliyyatlarla bağlı Boris Nemtsov tərəfindən başlanan, ekspert qrupu tərəfindən sona çatdırılan “Putin. Müharibə” adlı hesabatın nəşri ilə bağlı müraciət edilən 14 nəşriyyat bundan imtina edib. Yalnız bir nəşriyyat anonimliyi saxlamaq şərtilə buna razılıq verib.

“a24.az” “Dojd.tv” yə  istinadən bildirir ki, hesabatın nəşri ilə məşğul olan Vsevolod Çaqayevin sözlərinə görə, bu tədqiqatı demək olar ki, bir ay ərzində nəşr etmək mümkün olmayıb. O, bildirib ki, Moskvadakı və Moskvaətrafı rayonlardakı 10 nəşriyyat buna dərhal rədd cavabı verib. Dörd nəşriyyat isə əvvəlcə razılaşıb ödənişi götürsələr də sonradan sifarişdən imtina ediblər.

Çaqayev bildirib ki, sonradan bir nəşriyyat anonimliyi saxlamaq şərtilə iki min nüsxə ilə minimal tirajda çapa razılıq verib.

Nemtsovun müttəfiqi, “RPR – PARNAS” partiyası Siyasi Şurasının üzvü İlya Yaşin bunu şərh edərkən nəşriyyatlardan alınan rədd cavablarını hökumətin təzyiqi ilə əlaqələndirib. Onun fikrincə, bundan sonra da hesabatın çap edilməsinə və yayılmasına mane olunacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR