Putin Rusiya-Xorvatiya oyununda iştirak etməyəcək - Qətər əmiri isə oyun üçün Rusiyaya gəlir

Putin Rusiya-Xorvatiya oyununda iştirak etməyəcək – Qətər əmiri isə oyun üçün Rusiyaya gəlir
Want create site? Find Free WordPress Themes and plugins.

Qətər əmiri Tamim bin Həmid Əl Tahani 15 iyulda keçiriləcək Rusiya – 2018 dünya çempionatında iştirak edəcək. 

A24.Az xəbər verir ki, sözügedən ölkənin səfirliyi isə ölkə liderlərinin ikitərəfli görüşüylə bağlı məlumatsız olduğunu bildirib. O, məsələ ilə bağlı Qətər əmirinin final oyununda iştirak edəcəyini isə təsdiqləyib.

Qeyd edək ki, Vladimir Putinin Dünya Çempionatının 1/4 finalında, Rusiya və Xorvatiya matçında iştirak etməyəcəyini bildirib. Çünki Putinin iş qrafiki Soçidə keçiriləcək yarışlara izləyici kimi qatılmasına imkan vermir.

Yarım final matçının 6-7 iyulda keçiriləcəyi bilinən 1/4 final yarışının cütlükləri bunlardır:

Uruqvay- Fransa ( 6 iyul Nijniy Novqorod),

Brazilya- Belçika ( 6 iyul Kazan),

İsveç-İngiltərə (7 iyul Samara),

Rusya- Xorvatiya (7 iyul Soçi) .

Xatırladaq ki, ilk dəfədir ki, Rusiyada futbol üzrə Dünya Çempionatı keçirilir. Çempionata ümumilikdə 11 şəhər ev sahibliyi edir.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm, Dünya, İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar