Putin-Tramp görüşüylə bağlı qərar verə bilmirlər

Putin-Tramp görüşüylə bağlı qərar verə bilmirlər
Want create site? Find Free WordPress Themes and plugins.

Ağ Ev ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüşün Finlandiya paytaxtı Helsinkidə keçirilməsi imkanını nəzərdən keçirir.

“A24.az”ın “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Politiko” nəşrinə məsələdən məlumatlı mənbə bildirib.

Nəşr prezidentlərin görüşü ilə bağlı yekun qərarın hələlik verilmədiyini qeyd edib.

“Financial Time” nəşri bundan əvvəl Rusiyadakı yüksək vəzifəli mənbəyə istinadən verdiyi xəbərə görə, Tramp-Putin görüşünün ABŞ prezidentinin Böyük Britaniyaya iyulun 13-nə planlaşdırılmış səfərindən sonra baş tutacağını bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov nəşrin məlumatını şərh etməkdən imtina edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar