avfv

Putin Türkiyəyə niyə gedir?

avfvRusiya prezidenti Vladimir Putinin oktyabrda Türkiyəyə rəsmi səfər edəcəyi istisna olunmur.

A24.Az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirdiyi brifinqdə V.Putinin gələn ay Türkiyəyə mümkün səfəri haqqında sualın cavabında “Bu səfər istisna olunmur”, – deyib. O, əlavə edib ki, bir sıra məsələlər dəqiqləşdikdən sonra bu barədə daha konkret danışmaq mümkün olacaq. Bu arada Türkiyənin Sənaye və Birjalar Palatasının rəhbəri Rıfat Hisarcıklıoğlu Moskvada Rusiya iqtisadiyyat nazirinin müavini Aleksey Lixaçovla keçirdiyi görüşdə Türkiyə hökumətinin V.Putinin oktyabrda bu ölkəyə rəsmi səfərə gəlməsini gözlədiyini deyib. R.Hisarcıklıoğlu bildirib ki, V.Putinin Türkiyəyə səfəri zamanı “Türk axını” layihəsi və Rusiyanın Türkiyə şirkətlərinə qarşı tətbiq etdiyi bir sıra sanksiyaların götürülməsinə dair qərarların qəbul edilməsini gözlədiklərini bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR