Putindən gözlənilməz addım: İlham Əliyevi qəflətən Soçiyə çağırdı - Qarabağla bağlı nələr yaşanır?

Putindən gözlənilməz addım: İlham Əliyevi qəflətən Soçiyə çağırdı – Qarabağla bağlı nələr yaşanır?
Want create site? Find Free WordPress Themes and plugins.
Bu gün Rusiya və Azərbaycan prezidentlərinin Soçidə görüşü keçiriləcək. 
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Politloq Qabil Hüseynli baş tutacaq görüş barədə fikirlərini A24.Az saytı ilə bölüşüb. O bildirib ki, görüşdə bir sıra mühüm məsələlər müzakirə olunacaq:
“Bundan bir müddət öncə “İzvestaya” qəzeti Xarici İşlər Nazirliyindəki mənbələrə əsaslanaraq, yazmışdı ki, payız aylarında Putin tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşkil olunacaq. Dünən Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bunu təkzib etdi. Bu gün isə bəlli oldu ki, Azərbaycan prezidenti İlham Əliyev Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Zənnimcə, görüşün əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi və onun həlli barədə məsələlərdir. Yəqin ki, bu görüşdən sonra Ermənistan prezidenti Serj Sarkisyan da oraya dəvət olunacaq və fikir alış-verişində olacaqlar.

Əlbəttə, Rusiya təkcə Qarabağ məsələsinə görə yox, eyni zamanda Azərbaycanın Qərbə doğru meyllənməsinə görə də narahatdır. Düşünürəm ki, bu görüşdə Qərb oriyentasiyalı siyasət haqqında da  fikir mübadiləsində olacaqlar.

Amma Putini daha çox həyəcanlandıran Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-Türmənistan  üçlüyünün uğurla formalaşmasıdır. Bu məsələlər Cənubi Qafqazda həm Azərbaycanın, həm də Türkiyənin  aparıcı rolunu xeyli artırır. Bax bu nöqtəyi-nəzərdən Putin bölgədəki proseslərlə bağlı Azərbaycan Respublikasının prezidenti ilə müzakirələr aparacaq”.

Xəyalə Bünyatova // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar