Putinin arvadından boşanma səbəbi məlum oldu

Putinin arvadından boşanma səbəbi məlum oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidenti Vladimir Putin həyat yoldaşından ona görə boşanıb ki, Lyudmila xanım ona daim xəyanət edib.

“A24.az” “modern.az”a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Belkovski bəyan edib:

“2013-cü ildə Vladimir Putin həyat yoldaşı Lyudmila Putinanı boşayanda mən demişdim ki, bu ayrılığın təşəbbüsçüsü Lyudmila Aleksandrovna olub. Səbəb isə onun həyatında digər kişinin peyda olması idi, sonradan məhz həmin kişiyə ərə getdi. Həmin kişi Aleksey Oçeretnıy idi”.

Politoloqun sözlərinə görə, Lyudmila Aleksandrovna növbəti ərini tapıb:

“Növbəti ər, yeri gəlmişkən, yaxşı söz birləşməsidir. Buna görə Lyudmila xanım, sadəcə yeni şəxsi həyatını qurub, bunun üçün formal rəsmi boşanma tələb olunurdu”, – o, vurğulayıb.

Belkovski qeyd edib ki, Lyudmila Putinanın boşanmağa israrlı olmasına o vaxtkı şayiələr və dedi-qodular da səbəb olub.

Onun sözlərinə görə, Lyudmila xanımla indiki ərini birlikdə vaxtilə Rublevo-Uspenski şossesindəki “Priçal” restoranında da görüblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar