Putinin Əliyevi Soçiyə qəfil çağırmasının SİRRİ açıldı: Ermənilər mülki obyektlərimizi bombaladı - ŞƏRH

Putinin Əliyevi Soçiyə qəfil çağırmasının SİRRİ açıldı: Ermənilər mülki obyektlərimizi bombaladı – ŞƏRH
Want create site? Find Free WordPress Themes and plugins.

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrindən Azərbaycanın Qazax rayonunun Kəmərli və Qaymaqlı, o cümlədən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağdam kəndləri müxtəlif çaplı silahlardan atəşə tutulub.

Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub. Bu təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən dərhal görülən cavab tədbirləri nəticəsində düşmənin həmin istiqamətdəki atəş nöqtələri susdurulub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, vəziyyətin daha da gərginləşməsinə və baş verə biləcək nəticələrə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi tam məsuliyyət daşıyır.

A24.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu məsələni belə şərh edib:

“Rusiya və Azərbaycan prezidentləri Qarabağdan danışsalar da, Soçi görüşünün bu mənada müsbət nəticəsi olmayıb. Olsaydı, heç olmasa, qısa müddət cəbhə bölgəsində və Azərbaycan-Ermənistan sərhəddində nisbi sakitlik yaranardı. Cəbhə bölgəsində atəşkəs intensiv pozulmaqla yanaşı, iki ölkə arasındakı sərhəddə də vəziyyət gərgindir. Toqquşmalar Qarabağı aşıb. Ermənistanın Qazax və Tovuzla sərhəddəki bölgələri səksəkə içindədir. Onlar vurur, biz cavab veririk və ya əksinə biz vururuq ki, onlar daima gərginlik içində olsunlar. Bu elə belə də davam edəcək, ard-arda Soçidə 10 görüş keçirilsə də, lokal toqquşmaların həcmi azalmayacaq. Bəlkə Kremlə də elə bu lazımdır, sanki tərəflərə mesajı belədir: “Bir-birinizə atəş aça bilərsiniz, hətta istəsəniz lokal döyüşlər də edə bilərsiniz, ancaq genişmiqyaslı müharibəyə icazəm yoxdur””.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar