Putinin sirli qızı ortaya çıxdı

Putinin sirli qızı ortaya çıxdı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyada ailəsini mediadan gizlətməsi ilə tanınan dövlətin prezidenti Vladimir Putinin sirr kimi saxladığı qızlarından birinin kimliyi ilk dəfə ortaya çıxıb.RBC” televiziya kanalı, Moskva Dövlət Universiteti üçün hazırlanan layihə ilə əlaqədar xəbərində “kazara” Putinin qızını aşkara çıxardıb.

Kanalın xəbərində universitetin Elmi Şurasının başında Katerina Vladimirovna Tikhonova adlı bir xanımın durduğunu və inkişaf layihəsi daxilində 1,7 milyard dollarlıq bir büdcəni idarə edəcəyini bildirib. Putinin ən böyük müxalifi olaraq qeyd edilən Aleksey Navalni isə bu şəxsin əslində Putinin qızı olduğunu ortaya çıxardıb.

28 yaşındakı Yekaterina diqqət çəkməmək üçün bu günə qədər Katerina adını və anasının qızlıq Tikhonova soyadını istifadə etmişdir. Əvəllər gimnast olduğu iddia olunan Yekaterinanın “Rock`n Roll” Dünya Akrobatlığı konfederasiyasının müdir köməkçisi olduğu da qeyd edilib. Yekaterinanın universitetin rəsmi yığıncaqlarında çəkilən fotoşəkilləri ortaya çıxarkən gənc xanımın hansı sahədə işlədiyi bilinməsə də, elm xadimi olduğu düşünülür.

Onu da qeyd edək ki, Putin keçən il həyat yoldaşı Lyudmiladan boşanmışdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Araşdırma
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar